VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün paytaxta gələn ermənilər gəzməyə də vaxt tapıblar.

BAKU.WS-in məlumatına görə, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakının mərkəzi küçələrini gəziblər.

Erməni deputatların çəkdiyi fotolar sosial şəbəkələrdə və yerli KİV-də yayılıb.

Ermənilər Qız qalasını gəzdikdən sonra burada fotolar da çəkib, restoranlardan birində nahar ediblər.

Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

BAKU.WS