SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.

BAKU.WS azvision.az-a istinadən bildirir ki, saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, hələ gəlməyib.

Qafqazinfoxəbər verir ki, ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur.

Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.

BAKU.WS