VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkə Dubayda da fəaliyyət göstərib.

BAKU.WS-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, saytın rəhbəri Mehmet A. saytda bədənini satmaq üçün elan yerləşdirməkdən ötrü fahişələrdən ən az 10 min lirə (5 min manata yaxın) alıb.

Azərbaycanlı fahişələrin də bədənini satışa çıxardığı eskort sayt Dubayda da qısa müddətdə məşhurlaşıb. Məlum olub ki, Türkiyədən sonra ən çox gəlir gətirən ikinci sayt Dubayda escort saytdır.

Mehmet A. polisə ifadəsində deyib ki, əgər tutlmasaydı, dünyada ən varlı insanlardan biri olacaqdı: "Yaxşı pul qazanırdım, milyarder olacaqdım"

Xatırladaq ki, Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkə aşkarlanıb.

Aparılan əməliyyatlar zamanı aralarında özəl kanalda evlilik verilişinə qatılan qadınların da olduğu fahişələr saxlanılıb.

Polis 54 eskort saytının Türkiyədə təxminən 700 qadına fahişəlik etdiriyini müəyyənləşdirib. Şəbəkə reklam şirkəti adı ilə fəaliyyət göstərib. Şübhəli şəxslər 3 ay ərzində polis tərəfindən izlənilib.

Əməliyyat çərçivəsində Adana başda olmaqla, İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Muğla, Kocaeli, Eskişehir, Mersin, Qaziantəp, Hatay, Şanlıurfa və Malatyada səhər saatlarında əməliyyat başlayıb.

Basqınlar zamanı şəbəkə təşkilatçılarından 23 nəfər şəxs saxlanılıb. Onlardan 2-i qadın, 20-i kişi olub. "Zuhal Topalla izdivaç" verilişində iştirak etmiş Birkanın da saxlanılanlar arasında olduğu ortaya çıxıb. Polisin araşdırmasına görə, Birkan biri azərbaycanlı olmaqla 3 qadına sayt üzərindən fahişəlik etdirib.

Həmçinin oxuyun: Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı Günel də fahişə çıxdı (VİDEO, FOTO)

BAKU.WS