VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.

Xəsarət alanlardan “VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

BAKU.WS