VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Evin sahibəsi BAKU.WS-in əməkdaşına bildirib ki, yanğın o, qonşuda paltar sərərkən baş verib. Yanğın zamanı evdə heç kim olmayıb.

Tuncay
BAKU.WS