VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


7 yaşlı parsabadlı Atena Aslaninin qatili İsmayıl Cəfərzadə, bu gün yerli vaxtla saat 6:20-də dara çəkilib. BAKU.WS Günaz TV-yə istinadən xəbər verir ki, məhkəmə hökmü, Pasrabadın Bakiri meydanında əhalinin gözü qarşısında icra olunub.

Ərdəbil Əyaləti Cəza Məhkəməsinin 1-ci Şöbəsi, cinayətkarı zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı geri qaytarmaq cəzasına məhkum etmişdi. Azyaşlını acınacaqlı şəkildə qətlə yetirən cinayətkarın məhkəmə iclası, şəhrivərin 4-də qapalı şəkildə keçirilib. Hökm, şəhrivərin 19-da İran Ali Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra icra olunub.

Xatırladaq ki, iyunun 18-də Parsabad-i Muğanda, Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb. Onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin otomobilini park etdiyi yerdə, bir plastik çəlləyin içində tapılıb. Meyitin üzərində zorlanma əlamətləri aşkar olunub, azyaşlının qızılları da qatil tərəfindən oğurlanıb. 42 yaşlı qatil, günahını etiraf etdikdən sonra edam cəzasına məhkum edilib.

BAKU.WS