SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının sərnişin avtobuslarında xoşagəlməz hal yaşanıb.

BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin criminal.az saytına verdiyi məlumata görə, 18 saylı sərnişin avtobusunun sürücüsü ilə xanm sərnişin arasında mübahisə düşüb. Sürücü isə qadını ağır sözlərlə təhqir edib.

Mübahisəyə səbəb metronun ''Elmlər Akademiyası'' stansiyası yaxınlığındakı dayanacaqda sürücünün avtobusa minmək istəyən yaşlı sərnişini təhlükəyə atması olub. Sərnişin avtobusa minmək istəyərkən qəflətən qapıları bağlayaraq sürüb. Buna görə avtobusda olan sərnişinlər sürücüyə iradını bildirib. Sürücü isə cavabında sərnişinləri təhqir edib.

Həmin mənzərənin videogorüntülərini təqdim edirik.

BAKU.WS