SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sərnişin avtobusu qəfil alışıb. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, Qara Qarayev metrosu yaxınlığında 36 nömrəli sərnişin avtobusunun arxa hissəsi od tutub yanmağa başlayıb. 

Hadisənin görüntülərindən aydın olduğu kimi yanğın zamanı sərniinlər nəqliyyat vasitəsində olmayıb. Sərnişinlər təhlükəni əvvəldən bilib avtobusu tərk ediblər. Ətrafdakılar vedrələrlə su gətirərək yanğını söndürməyə çalışıb.

Hadisənin görüntüsünü təqdim edirik:

Şahin
BAKU.WS