SİZİN REKLAM BURADA!
055 213 76 73



Mərkəzi, Latın Amerikası ölkələri sakinləri, həmçinin ABŞ-da artıq təbii fəlakətlər hər yeri viran qoyub.

BAKU.WS-in məlumatına görə, "İrma" qasırğası ABŞ-ın cənub sərhədindən 170 kilometr məsafədədir. Meteoroloqlara görə, qasırğanın zonasında küləyin sürəti saata 205 kilometrə çatır.

Təbii fəlakətin yaxınlaşdığını görən ABŞ hərəkətə keçib. Bütün aidiyyatı qurumlar səfərbər olub və qasırğasının keçəcəyi ərazilərdən insanlar evakuasiya edilir. Mütəxəssislər güman edir ki, "İrma" avqustun sonunda Texasa daşqınların yaranmasına səbəb olan "Xarvi" qasırğasından daha güclüdür.

Hazırda Floridada 6,3 milyon sakinin təxliyyəsi üçün iş aparılır. Ştatda küləyin ani şiddətlənməsinə görə artıq 76 mindən çox insan işıqsız qalıb.

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, ocağı 53 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 8-də Meksikada baş verən 8 bal gücündə zəlzələ nəticəsində 60-dan çox insan həlak olub. Ölkədə üç günlük matəm elan edilib.

BAKU.WS