SİZİN REKLAM BURADA!
055 213 76 73



ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin saat şəbəkəsi olan “VMF” firmasına külli miqdarda pul atmaqda təqsirli bilinən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səbinə Əsgərovanın barəsində seçilən polis nəzəratində qətimkan tədbiri dəyişdirilib. O, 8 il müddətə azadlıqdan məhrum edilib.

Səbinə Əsgərovanın barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Səbinə Əsgərova hamilə olub.

İttihama görə, Səbinə Əsgərova “VMF”-ə 34 min manat dələduzluq etməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

BAKU.WS