SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sürücü və sərnişin arasında mübahisə baş verib.

BAKU.WS-in məlumatına görə, 96 saylı marşrut avtobusunda sərnişin sürücüyə hücum çəkib.

Mübahisəyə səbəb sürücünün nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamaqdan imtina etməsi olub. Sərnişin avtobusun saxlanılmasını tələb edib və buna əməl etməyən sürücünü sükan arxasında boğmağa çalışıb.

Sürücü avtobusu saxladıqdan sonra sərnişin onu söyərək maşından düşüb.

Nazim

BAKU.WS