SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağsu rayonunda qətl hadisəsi baş verib.

ARB TV xəbər verir ki, rayonun Gəgəli kənd sakini 47 yaşlı Şamxal Şamıyev ailə münaqişəsi zəminində öldürülüb.

Məlumata görə onu həyat yoldaşı 41 yaşlı Xalidə Şamıyeva və oğlu, 17 yaşlı Zeynal birlikdə qətlə yetiriblər. Ana və oğlu əvvəlcə kşinin əl-qolunu bağlayıblar, sonra baltanın arxası ilə onun başına və bədəninin müxtəlif yerlərinə zərbələr endiriblər.

Nəticədə Şamxa aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Ana və oğlu polisə könüllü təslim olublar.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS