SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, "Daewoo" markalı sərnişin avtobusunun sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus "Shacman" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Mirzəliyev Rafiq Ağabala oğlu ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, avtobusun sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

BAKU.WS