SİZİN REKLAM BURADA!
055 213 76 73




Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb.

Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.

Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib.

Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır.

Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.

BAKU.WS