VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qazax rayon sakini qardaşının həyat yoldaşını öldürməyə cəhd edib.

Hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Əhmədov Valeh Qurban oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı Həsənova Ceyhunə Eldar qızını döyüb. Daha sonra V.Əhmədov qadının başına ağır çəkiclə zərbələr endirib.

C.Həsənova ağır vəziyyətdə Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Əhmədov daha sonra həmin evi də yandırıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov saxlanılıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlayıb.

Hadisəni törədən şəxsin psixi xəstə olduğu deyilir.

Trend
BAKU.WS