VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Şəmkirdə kütləvi dava olub.
 
BAKU.WS xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.
 
Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.
 
BAKU.WS