SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yaşadığın mənzildə ev heyvanlarını saxlamaq gözəldir. Amma bu heyvanların sayı hədsiz çox olarsa gözəllikdən çox eybəcər mənzərə yaranar. Məsələn paytaxtın Süleyman Rüstəm küçəsinin sakinləri öz qonşularından şikayət edirlər. Onlar milliyətcə rus olan qonşularının evində çoxlu sayda it saxladığından narahatdılar.
 
 
BAKU.WS xəbər verir ki, qonşular Xəzər TV-yə İrina adlı qadının evində nə az, nə çox düz 70 it saxladığını deyiblər. Qonşular itlərin xorla hürməsindən və yaşadıqları blokdan üfunət iyinin gəlməsindən narazlıq edir.
 
Heyvanların xorla hürməsi və ətrafı bürüyən üfunət iyi qonşuların əsəblərinə və sağlamlıqlarına təsir edir.

Qonşular deyirlər ki, 10 ilə yaxındır bu vəziyyətdən əziyyət çəkirlər. İrina dəfələrlə itləri evdən aparacağına söz versə də, nəticəsiz qalıb. Qonşularla söhbət edərkən əraziyə baytarlıq idarəsinin həkimləri və sahə müvəkkli də gəldi.
 
İrina səs küyə reaksiya verib pəncərəyə çıxdı. Üzümüzə qapını açmaq istəməyən qadının oğlu isə bizə hücum çəkib kameramıza əl atdı. Evə isə üfunət iyindən və bizə göstərilən müqavimətdən daxil ola bilmədik.
 
Çox keçmədən qadın özü həyətə çıxdı. Onun neçə iti olduğunu elə özündən də soruşduq.
 
İrina bizə də sabahdan evdə it saxlamayacağına söz verdi. Hərçənd ki, bu sözləri qonşular neçə illərdir eşidir.
 
BAKU.WS