SİZİN REKLAM BURADA!
055 213 76 73



Salyan rayonunda yanacaqdoldurma məntəqəsinin 3 işçisi döyülüb.

BAKU.WS-in məlumatına görə, "Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolu üzərindəki yanacaqdolduma məntəqələrinin birində qeydə alınıb.

Belə ki, rayonun Qırxçıraq kənd sakini, 24 yaşlı operator Zamiq Raqib oğlu Nəbiyev iş başında ikən tanımadığı avtomobilin sürücüsü onunla zarafatlar edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və avtomobildə olan 5 nəfər Zamiq Nəbiyevi və onun daha iki iş yoldaşını döyərək ərazidən uzaqlaşıblar. Döyülmə zamanı Zamiq Nəbiyev ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Yanacaqdoldurma məntəqəsinin işçilərini döymüş şəxslər polis tərəfindən yaxalanıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS