» » Həccdən qayıdan qadın Bakıda hansı oyunlardan çıxdı


12-08-2017 | 12:00

  • 2 433

Həccdən qayıdan qadın Bakıda hansı oyunlardan çıxdı

 
Müqəddəs torpaqlara qədəm qoymuş, Məkkəni birlikdə ziyarət etmiş 17 illik rəfiqələri düşmənə çevirən əsas səbəb birinin aldatması, digərinin isə ona aldanması olub.

Günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allaha inanan, ona iman gətirən, ibadət əhli olduğunu deyən birinin "mənə vergi verilib, "xram” adlanan ruhun səni bütün bədbəxtliklərdən qoruyacağını xahiş edəcəyəm” deməsi isə açıq-aydın şirkdir.

Həcc ziyarətinə gedən bu iki xanım isə bunu vaxtında anlasaydılar, indi biri müflis, digəri dəmir barmaqlıqlar arxasında olmazdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 36 yaşlı Sahilə Atamovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

Altı il öncə Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 min manatlıq qızıl-zinət əşyaları oğurlanır. Oğurluq faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılır. Hadisədən 5 il sonra, ötən ilin avqust ayında oğurluqda şübhəli bilinən ev sahibinin arvadı Elnurə Quliyeva və onun tanışı Sahilə Atamova saxlanılaraq Xətai Rayon Polis İdarəsinə təhvil verilir.

Məlum olur ki, sözügedən oğurluq hadisəsi ev sahibəsinin öz razılığı ilə həyata keçirilib. Bu haqda bir qədər sonra...
 

Oğurluq, dələduzluq, qeybə çəkilən yüz minlərlə məbləğ

İstintaqla müəyyən edilib ki, Sahilə Atamova rəfiqəsi Elnurə Əhmədovaya doğmalarının öləcəyini, baş verəcək bədbəxtlikdən "xram” adlanan ruha onları qoruyacağını xahiş edəcəyini inandırmaqla külli miqdarda pulu ələ keçirib.

Oğurluq hadisəsinə gəlincə isə, mənzildəki qızıl-zinət əşyalarını verməyəcəyi təqdirdə bədbəxtliyin qaçılmaz olduğunu bildirib. E.Əhmədovanın etibarından sui-istifadə etməklə istintaqa məlum olmayan şəxslə əlbir olaraq, Zəfər Quliyevə məxsus Bakı şəhəri, S.Orucov küçəsi, 1184 ünvanındakı mənzildən 110 min manatlıq qızıl-zinət əşyalarını "aparıb”.

Amma bununla da kifayətlənməyib. İş o yerə çatıb ki, qadın hətta bacısına məxsus mənzili belə sataraq pulları rəfiqəsinə verib. 

"Xramın olması barədə deyilənlər boş söhbətlərdir”

Təqsirləndirilən şəxs qismində dindirilən Sahilə Atamova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Elnurə Əhmədovanı 2001-ci ildən tanıdığını, həyat yoldaşının dostunun arvadı olduğunu, bir-birlərinin evinə gedib-gəldiklərini göstərib: "Namaz qılırdım, Elnurəni də öyrətmişdim. Bir yerdə Həcc ziyarətinə getmişdik. Pula ehtiyacım olduğundan müxtəlif vaxtlarda Elnurədən pul almışam. Elnurə müalicə xərclərimin ödənilməsinə köməklik edirdi”.

S.Atamova ona vergi verilməsini, səslərin gəlməsini, "xram”ın olması barədə deyilənləri cəfəngiyat adlandırıb: "Elnurəyə belə bir söz deməmişəm. Hamısı boş söhbətlərdir. Elnurənin evindən yoxa çıxmış qızılları və pulları özü vermişdi ki, satım xərcləyim. Onların evindən qızılları mən oğurlamamışam. O qızılları Elnurə mənə özü verib. Hamısını satmışam”. 

"Hər şeyi "xram” özü həll edəcək”

Zərərçəkmiş Zəfər Quliyev ifadəsində göstərib ki, baş vermiş oğurluqla bağlı həyat yoldaşının ona "açar qapının üstündə qalıbmış” deməsinə inanıb. Hadisədən beş il sonra cütlük rəsmi qaydada ayrılıb. Elnurə keçmiş həyat yoldaşına hər şeyi etiraf edib: "Sahilə Elnurəyə deyib ki, qapını açıq qoyub getsin, onlar gəlib evi dağıdacaqlar, sonra "xram” özü hər şeyi həll edəcək. Deyirmiş ki, pul verməsən, qaynanan, ərin öləcək. Bu yolla da Elnurədən külli miqdarda pul qoparıb. Sahilə təxminən 130-140 min manat əmlakımızı ələ keçirib”.

Zəfər Quliyevlə Elnurə Əhmədova 2002-ci ildə ailə qurublar. Birgə nikahdan iki övladları dünyaya gəlib. On dörd il sonra isə rəsmi şəkildə ayrılıblar. 

"Həcc ziyarətindən qayıdandan sonra dedi ki, mənə vergi verilib”

E.Əhmədova ifadəsində Z.Quliyevin uşaqlıq dostunun arvadı Sahilə Atamova ilə yaxın münasibətləri, ailəvi gediş-gəlişləri olduğunu göstərib. 2010-cu ildə birlikdə Səudiyyə Ərəbistanına - Həcc ziyarətinə yollanıblar. Ziyarətdən qayıtdıqdan bir müddət sonra Sahilə ona vergi verildiyini, "xram”dan səslər gəldiyini deyib:

”Bir dəfə bizdə olanda ağzı köpükləndi. Dedim belə eləmə, qorxuram. Sahilə görürdü ki, onun hərəkətləri mənə təsir edir. Deyirdi ki, ərin, balaların öləcək, qəzada tikə-tikə olacaq. Bu yolla müxtəlf vaxtlarda məndən beş min manata kimi pul aldı”. 

"Şubanı yandırmasan, sənə zərər gələcək”

Həmin ərəfədə Elnurənin bahalı şuba almağı S.Atamovanın gözündən yayınmayıb. O, "bunu təmizləyib yandırmaq lazımdır, yoxsa sənə zərər toxunacaq” deyib. Rəfiqəsinin sözlərinə inanan Elnurə xəz gödəkçəni ona verib. Amma bir müddət sonra özünə məxsus olan kürkü Sahilənin əynində görüb. Şubanı niyə yandırmadığını soruşduqda "təmizlədim, yandırmağa ehtiyac olmadı, mənə zərər gəlməz, amma sən geyinsən sənə zərər gətirər” deməklə kifayətlənib:

”O vaxtdan da kürküm onda qaldı. Pulu qurtaranda deyirdi ki, evdəki qızıllardan ver, yoxsa uşaqların, ərin öləcək. Qızıllar seyfdə idi, Zəfər də hər dəfə seyfə baxırdı. Dedi ki, evdə qiymətli nə varsa, bir çantaya yığ, açarı qıfılın üstündə qoy ki, guya yadından çıxıb, gəlib çantanı götürəcəyəm”. 

"Xram” gəlib qızılları özü götürəcək”

Rəfiqəsinin dediklərinə əməl edən E.Əhmədova seyfdəki qızıl-zinət əşyalarını bir çantaya yığır. Sonrasa evdən çıxması barədə ona mesaj göndərir. Ev sahibi həmin vaxt işdə, uşaqlarsa məktəbdə olur: "Evdən çıxanda qapını örtdüm, amma bağlamadım, açar qapının üstündə qaldı. Sürücü məni xəstəxanaya apardı. Yolda Zəfərə zəng vurub dedim ki, deyəsən açar qapının üstündə qalıb, binanın komendantına desin ki, gedib evə baş çəksin. Sonradan Zəfər evə gələndə oğurluq baş verdiyini aşkar edib”. 

"Ərinin ömrünə az qalıb, öləcək, oğlunu oğurlayacaqlar, evin yanacaq”

E.Əhmədova ifadəsində istintaq zamanı Sahilədən qorxduğuna görə bəzi şeyləri müstəntiqdən gizlətdiyini bildirib:

"Oğurluq hadisəsindən sonra yenə də məndən pul alırdı. Gözəllik salonunda mənimlə bir yerdə işləyən Şəms adlı qıza 100 min manat vermişdim ki, aparıb Sahiləyə çatdırsın. 70 min manat pulu da anam və qaynanam vasitəsilə Sahiləyə göndərmişdim. İstintaq zamanı bunları müstəntiqə demədim. Çünki qorxurdum. Sahilə məni qorxudurdu. Ad günümə bağışlanan qızılları işlədiyim salonda meyvə qabının içərisində saxlayırdım. Sahilənin bacısı qızı gəlib o qızılları meyvə qabı ilə bir yerdə apardı xalasına. Mənə deyirdi ki, pul verməsən ərin öləcək, ömrü azalıb, oğlunu oğurlayacaqlar, evin yanacaq. Həmin vaxt oğlum Londonda idi. Pul axtarırdım ki, Sahiləyə verim, hər şey yaxşı olsun”. 

"Yaxınlarını "xram” adlanan ruhun vasitəsilə ölümdən qurtarıram”

Zərərçəkmiş ifadəsində Sahilənin onu aldadaraq yaxınlarını "xram” adlanan ruhun vasitəsilə qoruduğunu, onları ölümdən qurtardığını, buna görə də, pul vermək lazım olduğuna inandırıb:

"Sahilənin təsiri altına düşmüşdüm, ona inanırdım. Müxtəlif vaxtlarda Sahilə 170 min manat pul vermişəm, həmin pulların bir qismini müxtəlif şəxslərdən borc almışam”. 

"Pulu verəndə üzünə baxma, bədənindəki enerji həmin adama keçər”

Sahilənin baldızı Təranə Atamova da qardaşı arvadının dələduzluğu ilə üzləşib. Gəlin-baldız arasında münasibətlər də elə bundan sonra pozulub. Belə ki, indiyə qədər ailə həyatı qurmayan Təranənin bəxtinin açılması üçün yollar "axtaran” Sahilə onu Hafizə adlı cuhud bir qadınla tanış edəcəyini bildirib. Məhz həmin qadının vasitəsilə Təranəni və onun ailəsini şər qüvvələrdən, pis insanlardan qoruyacağına inandırıb:

"Özünü Hafizə kimi təqdim edən qadın telefonda mənə ailəmdə problemlər olduğunu, onları yoluna qoymaq üçün pul vermək lazım olduğunu, bundan sonra işlərinin düzələcəyini dedi. Dedi ki, bir nəfər yanına gələcək, pulu ona ver, amma üzünə baxma, yoxsa bədənində olan enerji həmin adama keçər. Onun dediyi kimi elədim. İş yerinin qabağında həmin oğlana 1500 manat verdim”. 

"O qədər borc almışdım ki…”

T.Atamovanın sözlərinə görə, əvvəllər öz pulunu, sonralar isə işçilərdən borc aldığı pulu Hafizə adlı qadının göndərdiyi oğlana verib. Bu yolla ondan 82 min manat pul alınıb. Bu pulların Lənkəran rayonuna göndərildiyini deyilib:

"Hafizə deyirdi ki, axırda iş bağlananda 100 min manat gətirəcək və mən borclarımı qaytaracağam. O qədər borc almışdım ki, artıq iş yoldaşlarım məni incidir, polisə şikayət edəcəkləri ilə hədələyirdilər. Hərdən Hafizənin yerinə onun tanışları Zahir və Tahir adlı şəxslər danışırdılar. Nə Hafizəni, nə də Zahirgili heç vaxt görməmişəm. Yalnız telefonla əlaqə saxlamışam”.

İstintaq zamanı məlum olub ki, Sahilənin tapşırığı ilə taksi sürücüsü Vaqif Hüseynov dəfələrlə Təranədən aldığı pulları ona çatdırıb:

”Təranə deyirdi ki, apar pulları ver xanıma. Bu barədə Sahilədən soruşduqda dedi ki, xanım onun özüdür. Hafizə, Zahir və Tahir adlı şəxsləri tanımıram”.

Sosial şəbəkədə tanışlıq 14 min dollara başa gəldi

Sahilə Atamovanın toruna düşənlərdən biri də sosial şəbəkədə tanış olduğu Tural Həsənov olub. Belə ki, T.Həsənov üç-dörd il öncə "Facebook” sosial şəbəkəsində Günay Həsənova adlı şəxlə yazışmağa başlayıb. Ötən ilin aprel ayında bir-iki dəfə görüşüb söhbət ediblər, bulvarda gəzişiblər:

"Günayla bir neçə dəfə "Skype” vasitəsilə danışmışam. Bir dəfə danışanda dedi ki, uşağının hərarəti qalxıb, aparıblar xəstəxanaya, analizlərini Türkiyəyə göndəriblər. Sonra dedi ki, cavablar gəlib, qızında ilik xəstəliyi var, donor transplantasiyası olunmalıdır. Bu əməliyyat üçün 85 min manat lazım olduğunu, 25 min manat çatmadığını, əgər əməliyyat olunmazsa uşaq öləcəyini deyirdi. Qızının fotoşəkillərini də göstərmişdi. Yazığım gəldi, birtəhər pul toplayıb 14 min dollar aparıb verdim. Pulu bir ay müddətinə qaytaracağını dedi, inandım. Günayla tez-tez "Skype”da və telefonda danışırdım, deyirdi uşaq əməliyyat olunub, Bakıya qayıdacaqlar. Bakıya gələndən sonra gah Sumqayıtdakı evini satıb pulu satıb qaytaracağını, gah da Ukraynadakı qardaşlarının pul göndərəcəyini dedi”.

Pulunu geri ala bilməyən T. Həsənov ötən ilin avqust ayında polisə müraciət edib. Sonradan məlum olub ki, özünü Günay Həsənova kimi təqdim edən şəxs əslində Sahilə Atamova olub.

Məhkəmə prosesi davam edir.
 
virtualaz

GÜNÜN XƏBƏRLƏRİ


18 Августа
17 Августа
Top XəbərlərЛучшее на сайте
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT 5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT Hadisə Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Sosial Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi (FOTO) Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi (FOTO) İdman Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Hadisə Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Sosial Renkadan prodüsser Təranəyə: O boyda arxaya Renkadan prodüsser Təranəyə: O boyda arxaya "kupalnik" geyinməzlər (VİDEO) Şou-biznes / Video Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Əsas Xəbər / Qarabağ Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Həyat tərzi / Video / Sosial Kəmaləddin Heydərov vitse-prezident seçildi Kəmaləddin Heydərov vitse-prezident seçildi Əsas Xəbər / Siyasət Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Əsas Xəbər / Həyat tərzi 6 günlük körpəni nənəsi öldürməyibmiş: Uşağın əsl qatili BİLİNDİ 6 günlük körpəni nənəsi öldürməyibmiş: Uşağın əsl qatili BİLİNDİ Hadisə Bakıda hicablı ərəb qadınlar aqua-parkda hər kəsi təəccübləndirdi (VİDEO) Bakıda hicablı ərəb qadınlar aqua-parkda hər kəsi təəccübləndirdi (VİDEO) Həyat tərzi / Video Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Hadisə Əli Həsənovun nəvəsinin Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu yaralılardan üzücü xəbər Hadisə "Gelandewagen" qəzasının videosunu sistemdən sildirən adamın adı məlum oldu Hadisə Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Hadisə / Video Pərvin Abıyeva baxımsız halda (FOTO) Pərvin Abıyeva baxımsız halda (FOTO) Şou-biznes Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Əsas Xəbər / Həyat tərzi "Halal nemət min bərəkət" sosislərinin içindən görün nə çıxdı - FOTO Sosial Cırılmış pulları harada dəyişmək olar? Cırılmış pulları harada dəyişmək olar? İqtisadiyyat
Son əlavəПоследние публикации
Apreldə ordumuzun 558 şəhid verdiyi iddialarına RƏSMİ CAVAB
18 август 2017

Apreldə ordumuzun 558 şəhid verdiyi iddialarına RƏSMİ CAVAB

175 Əsas Xəbər / Qarabağ
Pərvin Abıyeva:
18 август 2017

Pərvin Abıyeva: "1000 manata işləyənə oxşayıram?"

83 Şou-biznes
Alim Qasımovdan şıdırğı rəqs (VİDEO)
18 август 2017

Alim Qasımovdan şıdırğı rəqs (VİDEO)

75 Şou-biznes / Video
Azərbaycanda sabaha olan hava proqnozu açıqlandı
18 август 2017

Azərbaycanda sabaha olan hava proqnozu açıqlandı

43 Həyat tərzi
Gənclikdə 46 milyon manata torpaq satılır (FOTO)
18 август 2017

Gənclikdə 46 milyon manata torpaq satılır (FOTO)

1 206 Hadisə
Bakıda qadın gecə klubunda döyüldü
18 август 2017

Bakıda qadın gecə klubunda döyüldü

269 Hadisə
Bakıda 15 yaşlı qız yoxa çıxdı
18 август 2017

Bakıda 15 yaşlı qız yoxa çıxdı

208 Hadisə
Ramilin ukraynalı xanımı ilə FOTOLARI
18 август 2017

Ramilin ukraynalı xanımı ilə FOTOLARI

1 438 Həyat tərzi
Azərbaycanda ən çox maaş bu işdə verilir
18 август 2017

Azərbaycanda ən çox maaş bu işdə verilir

2 041 İqtisadiyyat
Avtoritetlər Lənkəranskiyə görə toplaşır
18 август 2017

Avtoritetlər Lənkəranskiyə görə toplaşır

929 Əsas Xəbər / Hadisə