» » “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar” — Avtoqəzada ölən sürücünün anası ilə ŞOK MÜSAHİBƏ


08-08-2017 | 14:03

  • 12 059

“Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar” — Avtoqəzada ölən sürücünün anası ilə ŞOK MÜSAHİBƏ

 
Avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətmiş Baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "Mercedes Gelandewagen” markalı avtomobilin həmin qəzada həlak olan sürücüsü Mehdi Əliyevin anası Nazilə Əliyeva "Ölkə.Az”-a müsahibə verib.
 
BAKU.WS həmin müsahibəni təqdim edir:

– Hadisədən necə xəbər tutdunuz? 

– Gəlinim xəbər verdi. İnternetdə yazılanda ki, qəzaya uğrayan avtomobili Mehdi Əliyev idarə edirmiş, ölümü görüb qayıtdım. Ancaq əmin idim ki, Mehdi heç zaman maşını elə sürətlə sürməz. Oğlum harın uşaq deyildi, o zəhmətlə böyümüşdü, ali təhsilli idi, hərbi xidmətdə olmuşdu. Oğlumu tanıyan adamlar onun qanacağından bəhs edərdilər.

Digər tərəfdən isə maşın oğlumun deyildi. O heç zaman əmanət edilən maşını sürətlə sürməzdi. Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim. Onu, özümü qınayıb deyirdim ki, axı nə üçün bərk sürmüsən? Utandığımdan insanların üzünə baxa bilmirdim. Ancaq iki gün sonra məlum oldu ki, sükan arxasında oturan adam oğlum olmayıb, bir az ürəyim toxtadı. Düşündüm ki, mənim balam təqsirkar deyil.

– Əli Həsənov və ailəsindən kimlər sizə başsağlığı verib? 

– Doğrudur, hadisə baş verən günün səhərisi Nail Allahverdiyevin atası və ya qohumları maraqlanmışdı. Oğlumun cənazə işlərinə də köməklik göstərirlər. Ancaq bütün bunlar mənə təsəlli verə bilməz. Mən anayam və sağ-salamat igid oğlumu itirmişəm. Cəmi bir oğlum var idi, ailəmizi o dolandırırdı. Mən oğlumu istəyirəm. Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib. Çox istəyirdim ki, Nailin anası gəlib mənimlə görüşsün. Çox istəyirdim ki, anası gəlib görsün mən nə əzablar çəkirəm. Mənə onların heç nəyi lazım deyil, oğlumu geri qaytarsınlar. Mənə Əli Həsənovun heç nəyi lazım deyil, Nail Allahverdiyevə hansı cəzanın verilməsi mənim üçün əhəmiyyətli deyil, mənə oğlum lazımdır. Lap istəyirlər, sabah Naili azadlığa buraxsınlar, bu məni zərrə qədər də maraqlandırmır. Mən oğlumu istəyirəm. Guya sabah onu azadlığa buraxmayacaqlar? Lap indi açıb buraxsınlar, amma mənim oğlumu qaytarsınlar. Onların mənə heç nəyi lazım deyil. Onun körpə balası yetim qalıb. Bir oğlum var idi, onu min zəhmətlə atasız, müəllimə maaşımla böyütmüşəm. Ailədə bizə baxan yeganə adam idi. 

– Oğlunuz Nail Allahverdiyevlə necə tanış olmuşdu?

– Oğlum onların yanında sürücü kimi işə düzəlmişdi. Oğlumun birdən-birə varlı bir ailə ilə tanışlığı da sırf işlə bağlı olub. Daha harın həyat tərzi yaşamaq üçün getməmişdi. Oğlum hərdən mənimlə söhbətində də deyirdi ki, mən ora sırf işə üçün getmişəm, ailəmizi dolandırmaq lazımdır. Təqribən bir ilə yaxın idi ki, onların yanında sürücü kimi işə düzəlmişdi.

Oğlum ağıllı, qanacaqlı övlad idi. Rəhmətlik haqqında heç kəs bir kəlmə də pis söz deyə bilməz. Bütün məhlə onun qanacağına bələd idi. Oğlumun yoxluğuna hələ də inana bilmirəm. Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu. Heç körpə balasını doyunca görə bilmədi. Onun bütün amalı ailəsi və körpə balası ilə bağlı idi. Oğlum ancaq bunun üçün yaşayırdı. Özü əziyyətlə böyümüşdü deyə, istəyirdi ki, balası əziyyət çəkməsin. Oğlum atasız böyümüşdü, indi onun da balası atasız böyüyəcək. Atasını itirəndə Mehdinin 15 yaşı vardı. Həyat yoldaşım xəstə olduğu üçün onun ölümünü birtəhər qəbul etmişdik. Ancaq sağ-sağlam oğlumun ölümünü qəbul edə bilmərəm. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dərs deyirəm, aldığım maaş çox azdır. Oğlum işləyib qazanıb bizi dolandırırdı. Evin kişisi o idi. Ona görə də özünü oda-gözə vururdu. Evə qazanc gətirmək üçün bütün zəhmətə qatlaşırdı.

– Hadisə törədilən vaxtı deputat Astan Şahverdiyev oğlunuzu təqsirli bilərək, sükan arxasında rəhmətlik Mehdi Əliyevin olduğunu iddia etmişdi. Bütün bunlardan xəbəriniz var idimi? 

– Gərək o deputat yalan danışdığına görə utanıb yerə girsin! Heç nədən utanmırsa, heç olmasa yalan danışmasın. Yalan danışmaqdan qorxmursa, Allahın qəzəbindən qorxsun. Mən o iki gündə nə əzablar çəkmişəm, bunu Allah bilir.
 
BAKU.WS
 

 

 

 

 

 

 

 

 

 

GÜNÜN XƏBƏRLƏRİ


18 Августа
17 Августа
Top XəbərlərЛучшее на сайте
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT 5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT Hadisə Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Sosial Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi (FOTO) Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi (FOTO) İdman Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Hadisə Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Sosial Renkadan prodüsser Təranəyə: O boyda arxaya Renkadan prodüsser Təranəyə: O boyda arxaya "kupalnik" geyinməzlər (VİDEO) Şou-biznes / Video Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Əsas Xəbər / Qarabağ Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Həyat tərzi / Video / Sosial Kəmaləddin Heydərov vitse-prezident seçildi Kəmaləddin Heydərov vitse-prezident seçildi Əsas Xəbər / Siyasət Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Əsas Xəbər / Həyat tərzi Bakıda hicablı ərəb qadınlar aqua-parkda hər kəsi təəccübləndirdi (VİDEO) Bakıda hicablı ərəb qadınlar aqua-parkda hər kəsi təəccübləndirdi (VİDEO) Həyat tərzi / Video 6 günlük körpəni nənəsi öldürməyibmiş: Uşağın əsl qatili BİLİNDİ 6 günlük körpəni nənəsi öldürməyibmiş: Uşağın əsl qatili BİLİNDİ Hadisə Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Hadisə Əli Həsənovun nəvəsinin Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu yaralılardan üzücü xəbər Hadisə "Gelandewagen" qəzasının videosunu sistemdən sildirən adamın adı məlum oldu Hadisə Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Hadisə / Video Pərvin Abıyeva baxımsız halda (FOTO) Pərvin Abıyeva baxımsız halda (FOTO) Şou-biznes Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Əsas Xəbər / Həyat tərzi "Halal nemət min bərəkət" sosislərinin içindən görün nə çıxdı - FOTO Sosial Cırılmış pulları harada dəyişmək olar? Cırılmış pulları harada dəyişmək olar? İqtisadiyyat
Son əlavəПоследние публикации
Apreldə ordumuzun 558 şəhid verdiyi iddialarına RƏSMİ CAVAB
18 август 2017

Apreldə ordumuzun 558 şəhid verdiyi iddialarına RƏSMİ CAVAB

101 Əsas Xəbər / Qarabağ
Pərvin Abıyeva:
18 август 2017

Pərvin Abıyeva: "1000 manata işləyənə oxşayıram?"

63 Şou-biznes
Alim Qasımovdan şıdırğı rəqs (VİDEO)
18 август 2017

Alim Qasımovdan şıdırğı rəqs (VİDEO)

67 Şou-biznes / Video
Azərbaycanda sabaha olan hava proqnozu açıqlandı
18 август 2017

Azərbaycanda sabaha olan hava proqnozu açıqlandı

39 Həyat tərzi
Gənclikdə 46 milyon manata torpaq satılır (FOTO)
18 август 2017

Gənclikdə 46 milyon manata torpaq satılır (FOTO)

1 113 Hadisə
Bakıda qadın gecə klubunda döyüldü
18 август 2017

Bakıda qadın gecə klubunda döyüldü

265 Hadisə
Bakıda 15 yaşlı qız yoxa çıxdı
18 август 2017

Bakıda 15 yaşlı qız yoxa çıxdı

207 Hadisə
Ramilin ukraynalı xanımı ilə FOTOLARI
18 август 2017

Ramilin ukraynalı xanımı ilə FOTOLARI

1 421 Həyat tərzi
Azərbaycanda ən çox maaş bu işdə verilir
18 август 2017

Azərbaycanda ən çox maaş bu işdə verilir

2 034 İqtisadiyyat
Avtoritetlər Lənkəranskiyə görə toplaşır
18 август 2017

Avtoritetlər Lənkəranskiyə görə toplaşır

923 Əsas Xəbər / Hadisə