SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ANS TV və ANS ÇM radiosunun keçmiş aparıcısı Aynur Talıbova avtomobil qəzasına düşüb.

BAKU.WS-in məlumatına görə, Amerikada yaşayan aparıcının maşınını arxadan gələn avtomobil vurub.

Bu barədə aparıcı və prodüser sosial şəbəkədə məlumat yayıb. O, 30 kilometr sürətlə hərəkət etdiyi halda, bir nəfər qaradərili sürücü 120 kilometr sürətlə avtomobilini onun maşınına çırpıb. 

"Mərdimazarı axtarmaqla deyil, özü gəlib bir şəkildə tapır səni. Saatda 30 kilometr sürətlə hərəkət edərkən arxadan 120 kilometr sürətlə "uçan" nəşəli bir qarabala bu paylaşımı görən, eşidən nə qədər sayda "qələm sahibi"ni xoşbəxt elədiyinin fərqində deyil...Buyurun, sevinin, "Əcəb oldu", deyin", - deyə aparıcı başına gələn hadisəni şərh edib. 

İman
BAKU.WS