SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakının Yeni Yasamal ərazisində hündürmərtəbəli binaların birində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Səhər saatlarında Dadaş Bünyadzadə 95 ünvanında hündürmərtəbəli binanın zirzəmisində kabel yanmağa başlayıb və yanğın mənzilə keçib. Nəticədə binadan qatı qara tüstü çıxıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Ziya Səccad
BAKU.WS