VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gündən etibarən sosial şəbəkələrdə və xəbər saytlarında bir nəfərə qarşı zorakılıq yolu ilə şəxsiyyətinin təhqir olunması və ondan pul tələb edilməsi barədə video yayımlanıb

BAKU.WS xəbər verir ki, Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin video hələ yayımlanmazdan əvvəl cinayət hadisəsini törədən şəxslər müəyyən edilərək saxlanılıb.

Vətəndaş B.Məmmədova qarşı şəxsiyyətin alçaldılmasına cəhd edərək zorakılıq törətməklə ondan pul, mobil telefon, təqaüd kartı verməyi tələb ediblər. 

B.Məmmədovun şikayəti əsasında Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədənlərin E.Yusifov və Z.Mustafayev olduğunu müəyyən edib, həmin şəxslər saxlanılıb.

Qeyd edək ki, artıq faktla bağlı cinayət işi başlanıb.
 
BAKU.WS