VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Abşeron rayonunda uşaqlara təcavüz edən manyak peyda olub. 

Ötən gün həmin şəxs Xırdalan şəhərində 6 yaşlı uşağa təcavüz etmək istəyən zaman ətrafda yaşayan sakinlər tərəfindən tutulub. 

Sakinlər əvvəlcə həmin şəxsi döyüblər. Daha sonra isə rayon polis idarəsinə məlumat veriblər. Əraziyə gələn bir neçə polis işçisi adı hələki açıqlanmayan şəxsi idarəyə aparıblar. Manyakın polis şöbəsinə aparılmasını əks etdirən kadrlarda da ayın görünür. 

Rayon polis idarəsi tərəfindən həmin şəxsin çirkin əməlləri araşdırılır.
 
BAKU.WS