VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Moskvada məhkəmə avtoxuliqanlıqla ad çıxarmış Mara Baqdasaryan həbs olunub. 
 
BAKU.WS-in məlumatına görə, moskvada Mercedes-Benz Gelandewagen avtomobili ilə yarışan "avtoş" (küçə yarışçısı) Mara Baqdasaryan cərimələrdən yayındığına görə məhkəmə tərəfindən ictimai işlərə cəlb olunmuşdu. M.Baqdasaryan isə ictimai işlərdən boyun qaçırdıb. O, küçələri süpürməli idi.  

Məhkəmə qıza 6 saatlıq həbs cəzası verib. Beləliklə 23 yaşı olan Baqdasaryan dəfələrlə inzibati məsuliyyətdən yayınmaqda təqsirli bilinib.

Baqdasaryan günahını etiraf edib və bildirib ki, qeydiyyatda olduğu ünvanda yaşamır və buna görə də cərimələrə dair bütün qəbzləri əldə edə bilməyib.
 
İman
BAKU.WS