SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Makler qadın ev sahibinə cinsi əlaqə təklif edib. 

BAKU.WS-in məlumatına görə, paytaxtın Ramana qəsəbə sakini Ləman Heydərovanın iddiasına görə, ona ev tikmək məqsədi ilə Laçın Vəliyev adlı şəxslə şifahi razılaşma əldə edib. 

Razılaşmaya əsasən, 42 min manat pulun qarşılığında Laçın Vəliyev Ləman Heydərovaya ev tikib təhvil verməliymiş. 

Ancaq 34 min manat versə də ev tikilib qurtarmayıb. Buna görə də, onun pulunun geri qalan 8 min manatını ödəməyib. Qadının sözlərinə görə Laçın Vəliyev onu narahat etməyə başlayıb. Üstəlik evi Ləman Heydərovanın adına keçirməyib. Keçirmək üçün isə hətta ona cinsi əlaqə təklif edib, gündə bir dəfə.

Laçın Vəliyev isə iddiaları təkzib edir, evin tikintisində heç bir yarımçıq iş qalmadığı deyir. Onun sözlərinə görə ev tam tikilib, təmirli halda Ləman Heydərovaya təhvil verilib. Üstəlik Ləmanın evinə basqın da etməyib.

Laçın Vəliyev deyir ki, əgər onun 8 min manatını qaytarsa, evi qadının adına keçirəcək. Tərəflər problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

İman
BAKU.WS