SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.  
 
İ.Vasin xəstəxanaya yerləşdirilib.
 
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. 
 
Faktla əlaqədar cinayət işi başlanılıb.