SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin Kahramanmaraş şəhərinin "Azərbaycan Bulvarı" adlanan bölgəsində yanğın baş verib. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Kahramanmaraş Muzeyində baş verib. Muzeyin kondisionerlərindən birinin mühərrikində istilərin təsiri nəticəsində yanğın çıxıb. 
 
 
Muzey səlahiyyətlilərin xəbər verməsindən sonra hadisə yerinə xilasedici dəstələr cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində muzeyə ziyan dəyib.
 
 
Kahramanmaraş bələdiyyə başçısının müavini Sultan Doğru da hadisə yerinə gələrək yanğın haqqında məlumat alıb. 
 

Türkiyədə "Azərbaycan Bulvarı" adlanan ərazi

 

BAKU.WS