SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Azərbaycanlı kafedə namaz qıldığına görə cərimələnib


 

BAKU.WS report-a istinadən xəbər verir ki, iyunun 26-da Rusiyanın Ryazan vilayətinin Rıbnovski rayon məhkəməsi yerli kafelərdən birində namaz qılan Azərbaycan vətəndaşını cərimələyib. Bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.


İnsident, iyunun 23-də, cümə günü baş verib. Kişi kafelərdən birinin otağında axşam namazı qalıb. Məhkəmənin qərarına görə, bununla da o, vicdan azadlığı, dini etiqad azadlığı və dini təşkilatlar haqqında qanunvericiliyin tələblərini pozmuş olub.


Azərbaycan vətəndaşı günahını etiraf edib və bir həftədən sonra Rusiyanı tərk edəcəyini bildirib. Bununla belə, o müqəssir bilinərək Rusiyadan çıxarılmamaq şərti ilə 3 min rubl məbləğində cərimə olunub.

 

BAKU.WS