SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda əcnəbi ölkə vətəndaşı ölüb.

BAKU.WS-in Lent.az-a istinadən verdiyi məlumata görə, İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib.
 
Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.
 
Murad Səmədov
BAKU.WS