SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Adana şəhərində xalasını fahişəliyə məcbur edən qadın saxlanılıb.
 
BAKU.WS-in verdiyi məlumata görə, hadisə Seyhan rayonunda qeydə alınıb. Bir qadın 51 yaşındakı xalasını fahişəlik etdirərkən tutulub.
 
Adana polisinin evə basqını zamanı qadınlar iş başında yaxalanıb. Polis evə girib təxminən 1 saat sonra çıxan bir adamı tutaraq ifadəsini alıb. Həmin şəxs evdə iki qadının olduğunu və onlardan biri ilə əlaqəyə girdiyini etiraf edib. Meral T. (47) adlı qadının vasitəsi ilə evə gəldiyini deyən şəxs Gülten G. (51) adlı qadınla da əlaqəyə girdiyini bildirib. 

Polis bu ifadədən sonra evdəki 2 qadını saxlayıb və sorğuya cəlb edib. Gülten G.-nin iki dəfə evlənib ayrıldığı, daha sonra da bir kişilə birlikdə yaşamağa başladığı məlum olub. Ancaq sonradan o kişi ilə də ayrılan 51 yaşlı qadın bacısı qızı Meral T.-nin yanına gəlib. Qohumunun evində müştərilərlə öz razılığı ilə fahişəlik etdiyini söyləyən qadın daha sonra sərbəst buraxılıb.
  
Özünün fahişəlik etdiyini, xalasının fahişəlik etməsinə də vasitəçi olduğunu deyən Meral T. isə saxlanılıb. 
 
BAKU.WS