SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.

BAKU.WS-in məlumatına görə, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib. Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan report-a bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin altına atdığını deyib”.
Faktla bağlı araşdırmalara başlanılıb.
 
BAKU.WS