SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili yumurta hücumuna məruz qalıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə Krivoy Roq şəhərində Mixeil Saakaşvili yerli sakinlərlə söhbət edən zaman baş verib.

Keçmiş qubernator bu barədə Facebook-da yazıb. O, qeyd edib ki,  şəhərə veriliş üçün məlumat toplamaq üçün gəlib. Onun sözlərinə yumurta atan şəxs "tituşkadır” (Ukraynada Avromaydana qarşı çıxan şəxslər).
 
Naməlum şəxs ona yumurta və kimyəvi maddə atıb. Saakaşvili yumurtadan yayına bilib. Hücum edən şəxsi yerli sakinlər döyərək hadisə yerindən uzaqlaşdırıblar. Daha sonra polis onu həbs edib.
 
İman
BAKU.WS