VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın həyatı təhlükədədir.


Bu barədə xalq artistinin özü BAKU.WS-ə məlumat verib. İlhamə Quliyevanın sözlərinə görə, onu evində işləyən qadın öldürmək istəyir. Müğənni bu barədə bütün hüquq-mühafizə orqanlarına müraciət edib.

"Evimdə işləyən Mehriban Bəylər qızı Hüseynova məni öldürmək istəyib. Məni zəhərləmək istəyib. Venamə iynə vurmaq üçün adam tutub. Evimdən 2500 manat pul oğurlayıb. Qızıl-zinət əşyalarımı oğurlayıb”, - deyə Xalq artisti bildirib.


İlhamə Quliyevanın sözlərinə görə, bu barədə polisə şikayət edib və həmin qadını oktyabrın 7-də saxlayıblar. Lakin sonradan onu hansısa səbəbə görə buraxıblar.

8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında həmin qadını gördüm. Küçədə məni görən kimi üstümə hücum çəkdi. Mən artıq bütün hüquq-mühafizə orqanlarını ayağa qaldırmışam. Onu niyə buraxıblar. Hazırda mənim həyatım təhlükə altındadır. Məni öldürmək istəyirlər”, - deyə İlhamə Quliyeva şikayətlənib. 


Qeyd edək ki, oktyabrın 15-i, saat 02 radələrində xalq artisti, "Şöhrət" ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb. "AZƏRFAX"ın əməkdaşı təsadüfən hadisənin şahidi olub.

8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu "Hyundai Sonata" markalı avtomobillə içərisində iki xanım olan "Chevrolet" markalı avtomobil üz-üzə gəlib.İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: "Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?" Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

 

Ziya Səccad

BAKU.WS