SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yolda təhlükəli anlar kameraya tuş gəlib. 

 
BAKU.WS-in məlumatına görə, Neftçilər prospekti ilə üzü Nobel prospekti istiqamətində hərəkət edən sürücü son anda iki qəzadan canını qurtara bilir. 
 
Belə ki, ilk olaraq sürücünün qarşısına digər avtomobil yol qaydalarını kobud şəkildə pozaraq çıxır və qəzalı vəziyyət yaradır. Sürücü bunun şokundan ayılmamış bu dəfə piyada özünü yola atır. Qucağında uşaqla olan qadın yolu keçmək istəyərkən təhlükəli vəziyyət yaradıb. Bir neçə saniyədə iki qəzadan son anda xilas olan sürücü həyatının şokunu yaşayıb.
 
Həmin anları təqdim edirik:
Video: Seymur Sadikhov  

Bu şəkildən görünür ki, qadın qucağında körpə 4 zolaqlı yolu keçərək həyatını real təhlükəyə atır. 

 

BAKU.WS