SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən Hacıqabul rayonunda, Bakı-Qazax magistralının 112-ci kilometrliyində baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb.

BAKU.WS lent.az-a istinadən bildirir ki, 5 gəncin həyatını itirməsi ilə nəticələnən qəzaya düşmüş "Hyundai Accent" həmin şəxslərə məxsus olmayıb. Belə ki, dostlar taksi sürücüsü olan tanışlarından həmin avtomobili bir neçə günlük icarəyə götürüblərmiş.
 
Qəzanın baş vermə anına gəlincə, hadisədən bir neçə saniyə əvvəl 17 yaşlı Əmiraslan Əmiraslanlının idarə etdiyi avtomobil digər bir İmişli sakininin avtomobilini yüksək sürətlə keçib. Həmin maşının sürücüsü deyib ki, "Hyundai Accent" saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş və ötmə əməliyyatından sonra sürücü idarəetməni itirib. Maşın bir andaca yoldan çıxaraq dərəyə yuvarlanıb.
 
5 nəfərin öldüyü avtomobili idarə etmiş Əmiarslan Əmiraslanın və vəfat etmiş sərnişinlərdən Murad Süleymanlının fotolarını təqdim edirik.
 
BAKU.WS