SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.  
 
"Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
 
Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.
 
***
 
Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Qəzada həyatını itirənlərin hamısı Maliyyə-İqtisad Kollecinin tələbələri və İmişli rayon sakinləridir.
 
BAKU.WS