SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Abşeronda ər-arvadı şantajla hədələyib pul almaqda şübhəli bilinən şəxslər saxlanılıb.
 
BAKU.WS-in DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək onlardan ümumilikdə 31 min manat pul almalarını bildiriblər.
 
Abşeron RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 
BAKU.WS