SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın Binəqədi raoynu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsi ərazisində piyada zolağından keçən 44 yaşlı Əliyev Zahidi minik avtomobili vuraraq ərazidən uzaqlaşıb.

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS