SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda oğurluğa cəhd etmiş şəxs polisə müqavimət göstərib.
 
BAKU.WS xəbər verir ki, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən Hüseyn Cavid prospektindəki "Favorit” supermarketdən bir nəfərin çıxıb qaçmağa üz tutduğunu və marketin işçilərinin "oğrunu saxlayın” deyə kömək istədiyini görüb. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən bıçaq çıxararaq müqavimət göstərməyə çalışıb. Polislər həmin şəxsi silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.
 
Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da  müəyyən edilib.
 
BAKU.WS