SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Adana və Samsun şəhərlərində böyük əməliyyat keçirilib.
 
BAKU.WS-in məlumatına görə, insan alverinə qarşı keçirilən əməliyyatda 500-dən çox qadın saxlanılıb. Məlum olub ki, qadınlar eskort saytlarında xidmət təklif edirmiş. Polisin təqibi nəticəsində Adana və Samsunda yüzlərlə fahişə qadının əməlləri ifşa olunub. 

Qadınların bəzilərinin ifadələri polisi belə çaşbaş salıb. Fahişəlik edən Fatimə çirkin və kök olduğunu deyib: "Sevgili tapa bilmirdim. Mən də bu səbəbdən axtarış içindəydim. Sonradan bu cür saytların olduğunu öyrəndim. Bu saytın idarəçilərinə müraciət edərək elan vermək istədiyimi söylədim. Aylıq 2 min lirə (1000 manat) qarşılığında sayta elan verdim". 

Sayta elan verərək fahişəlik edən bəzi qadınların isə ərlərinin xəyanət etməsinə qarşılıq olaraq bu yolu seçdikləri məlum olub. Ərlərindən intiqam almaq üçün sayta elan verdiklərini deyən qadınlar fahişəliklə məşğul olub: "Sayt idarəçiləri ilə görüşüb fotolarımı göndərərək elan verdim. Daha sonra da bunu ərimə göstərdim. Bir müddət belə intiqam üçün fahişəlik etməyə davam etdim. Daha sonra isə çox pul qazanıldığını görüb işləməyə davam etdim". 
 
Nazim Babayev
BAKU.WS