VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ərəb turistlərin atdığı güllə sərnişinlə dolu maşına dəyib.
 
Xezerxeber.az-ın məlumatına görə, Bərdə sakini İman Seyidov deyir ki, mikroavtobusla bir neçə sərnişinlə Bakı şəhərinə yas mərasiminə gedib. Həmin vaxt Hacıqabulun Padar qəsəbəsi ərazisində də ərəb turistlər ov ediblər. İman Seyidov iddia edir ki, yolla getdiyi vaxt ərəblərin atdığı güllələrdən biri sərnişinlə dolu nəqliyyat vasitəsinə dəyib. Maşının alın şüşəsi bir neçə yerdən deşilib.

İman Seyidovun sözlərinə görə, güllənin avtomobilə dəydiyini görən turistlər dərhal öz maşınları ilə aradan çıxıblar.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli ziyan dəyib.

İman Seyidov hadisə ilə bağlı polisə müraciət edib və araşdırmalara başlanılıb. O, avtomobilə dəyən ziyanın ödənilməsini tələb edir.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, yol kənarında ov edilməsi düzgün deyil.

Hüquqşünas bildirir ki, İman Seyidov məhkəməyə müraciət edərək dəymiş ziyanı tələb edə bilər.

İman Seyidov dəyən ziyanla bağlı sübutları da məhkəməyə təqdim etməlidir. Lakin həmin ərəbin şəxsiyyəti müəyyənləşdirilsə belə, o bir daha Azərbaycana gəlməsə dəymiş ziyanı ödətdirmək müşkülə çevriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS