SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Türkiyədə möcüzəvi hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, Bursa şəhərində sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza baş verib. Avtomobil bir neçə dəfə dövrə vurduqdan sonra alovlanıb. Nəqliyyat vasitəsi tamamilə yanıb. 

Yaralı sürücü yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Avtomobili söndürmək üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Xilasetmə işləri aparılarkən avtomobilin qalıqları arasından "Qurani-Kərim" aşkarlanıb. 
 
Maraqlısı odur ki, dini kitab kül olmuş avtomobilin içərisində yanmayıb. Bu hadisə görənləri xeyli heyrətləndirib.
 
Faktla bağlı istintaq aparılır. 
 
ŞAHİN Həbibov
BAKU.WS