SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "TƏZƏ BAZAR” ərazisində yanğın baş verib.
 
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.
 
Bazarın qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS-in redaksiyasına göndərilən hadisənin görüntülərini təqdim edirik: 
 
Şahi Həbibov
BAKU.WS