VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dövlət Yol Polisi əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb.
 
BAKU.WS xəbər verir ki, hadisənin görüntülərini əks etdirən video sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Belə ki, yol polisinə tabe olmayan sürücünün köməyinə Post Patrul Xidmətinin əməkdaşları gəliblər. Lakin sürücü var gücü ilə polis maşınına minməməyə inad edib. Nəticədə sürücü ilə polis əməkdaşları əlbəyaxa olub.
 
Qeyd edək ki, videonun paytaxtda yoxsa rayonlarda çəkildiyi məlum deyil.
 
Aynur Ələkbərova
BAKU.WS