SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Salyan rayonunda Tərtər sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.


Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum ediliş Tərtər rayon sakini, 46 yaşlı Ədalət Məmmədov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 6 kiloqram 160 qram narkotik vasitə olan marixuana və 348 qaram tiryək aşkar edilərək götürülüb.

Hadisə şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi götürülüb. Şöbədə ilkin istintaq zamanı Ədalət Məmmədov törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS