VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hacıqabul rayon sakini, 1960-cı il təvəllüdlü Abbasov İbrahim Eldar oğlu narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki,  İ. Abbasovun üzərinə baxış keçirilərkən 2 ədəd kibrit qutusuna qablaşdırılan 3,61 və 4,02 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, İ. Abbasovun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 1,040 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Daha əvvəl Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə məhkum olunmuş İ. Abbasov kriminal aləmdə "Baron” ləqəbi ilə tanınır.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS