VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri ortaya çıxıb. 
 
BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın görünür ki, "Kia Optima" markalı avtomobil Heydər Əliyev prospektində hərəkət edərkən ötmə əməliyyatını düzgün yerinə yetirmir.
 
Yolun sağında dayanan nasaz avtomobili son anda görən sürücü qəza etməmək üçün sükanı sola burub. Ancaq idarəetməni itirən sürücü "Lexus" markalı avtomobili vurduqdan sonra aşıb. Hadisə ötən ay baş versə də qəzanın görüntüləri bu gün ortaya çıxıb.
 
Həmin qəzanın görüntülərini təqdim edirik:

Şahin Həbibov
Video: İlqar Mirzəyev
BAKU.WS