VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə  saat vaxt verilib. Səbəb kimi isə binanın qəzalı vəziyyətdə olması göstərilib. Sakinlər uşaqlı-böyüklü hamısı gecə vaxtı həyətə çıxıblar.

BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43- də yaşayan  sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə  etiraz  edirlər.

Sakinlərin sözlərinə görə, onlara kirayədə qalmaq üçün ailə başına 200 -300 manat miqdarında pul təklif edilir. Ancaq sakinlər bununla razılaşmır.

Sakinlər  qəzalı binadan köçürülmə ilə bağlı onlara  əvvəlcədən xəbərdarlığın edilməməsindən də  narazıdırlar.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov "Xəzər Xəbər"ə bildirdi ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür. Baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün də bütün kommunal xidmətlər dayandırılıb. Sakinlərə köçürüləcəkləri barədə 1 həftə əvvəl xəbər verilib. Nə qədər kirayə pulu veriləcəyi isə hələlik dəqiqləşməyib.
 
BAKU.WS