SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda 8-ci mkr.-dakı kənd təsərrüfatı məhsulları yarmarkası bağlanıb.


BAKU.WS
-in məlumatına görə, yarmarka bağlanandan sonra orada işləyən insanlar işsiz qalıblar. Əllərindən çörəkpulları alınan Sumqayıt sakinləri etiraz edərək küçələrə çıxıblar.

Kütləvi informasiya vasitələrində qeyd edilir ki, şəhər sakinləri Heydər Əliyev prospektində toplaşıblar. Əraziyə Sumqayıt şəhər polisi də cəlb olunub.


Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun əməkdaşı Akif Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, yarmarkanın bağlanmasına heç kim etiraz etməyib.

"Yalan söhbətdir. Heç kim etiraz etmir. Hər şey qaydasındadır”, - deyən Akif Quliyev yarmarkanın bağlanma səbəbini deməkdən imtina etdi.

BAKU.WS kütləvi informasiya vasitələrində yayılan etiraz aksiyasının fotolarını təqdim edir:

Ziya Səccad
BAKU.WS